Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gözdən Əlillər Cəmiyyətinin sədri məhkəmədə özünü təqsirli bilməyib

Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.az APA-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə bir neçə zərərçəkmiş şəxs ifadə verib. Onlar ifadələrində dəymiş ziyanın ödənilməsini və pulların maklerlərə verildiyini bildiriblər.

Prosesdə təqsirləndirilən Səmyar Abdullayev bildirib ki, pullar hazırda Almaniyada yaşayan Məzahir Nəsibova çatıb və özünün bu işlə heç bir əlaqəsi yoxdur: "Bunu məhkəmədə ifadə verən zərərçəkmiş şəxslər də təsdiq edir. İndiyədək 40-a yaxın şəxs ifadə verib və pulların Məzahirə çatdığını bildiriblər. Heç kim mənə pul verildiyini təsdiq edə bilməz. Bu baxımdan mən özümü təqsirli bilmirəm".

Qeyd edək ki, S. Abdullayev və digərləri Cinayət Məcəlləsinin 178.3.2-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib.

İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil vermək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.