Qubadlı rayon ictimaiyyəti hər il olduğu kimi, bu il də Novruz bayramını təntənəli şəkildə qeyd edir. Qubadlı rayon ictimaiyyəti hər il olduğu kimi, bu il də Novruz bayramını təntənəli şəkildə qeyd edir.

Qubadlı sakinləri "Novruz"-u Qarabağda keçirəcəklərinə əmindirlər - Fotolar

Qubadlı rayon ictimaiyyəti hər il olduğu kimi, bu il də Novruz bayramını təntənəli şəkildə qeyd edir.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 19-da Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında təşkil olunmuş bayram şənliyi böyük coşqu ilə keçib.

Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov ictimaiyyət nümayəndələrini bayram münasibətilə təbrik edib. Bildirilib ki, Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Novruz bayramına aid qədim ənənələrin qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

Bayram şənliyində torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə, Novruz tonqallarının hər kəsin öz yurdunda, öz həyətində alovlanacağına əminlik ifadə olunub.

Tədbirdə Novruza aid adət-ənənələr nümayiş olunub, idmançılar tatami üzərində məharətlərini nümayiş etdiriblər. Kosa və Keçəlin, kəndirbazın əyləncəli hərəkətləri tədbirə xüsusi rəng qatıb.

Respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edən şənlikdə bayram tonqalı qalanıb.

image description image description image description image description image description