- Köhnə - Cəmiyyət
- 20 Mart 2018 11:12
- 3 587
Bu ay Yerdə 3 geomaqnit qasırğası gözlənilir
Bu il Yer kürəsində 35 geomaqnit qasırğası baş verəcək.
“Report”un xarici KİV-ə istinadən verdiyi məlumata görə, qasırğalardan biri martın 21-də gözlənilir.
Məlumata görə, sabah baş verəcək kosmik hava hadisəsi zəif olacaq. Lakin martın 22-si və 26-da baş verəcək növbəti qasırğa isə orta səviyyəlidir və bu da meteohəssas insanlara təsirsiz ötüşməyəcək.
Bundan başqa, martın 26-sı və aprelin 6-dan sonra maqnit qasırğaları gözlənilmir.
Alimlərin fikrincə, il ərzində gözlənilən 35 geomaqnit qasırğasından bir neçəsi çox güclü olacaq.
AzNews.az