Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi guşə yaradılacaq. Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi guşə yaradılacaq.

İnternet klublarda uşaqlar üçün xüsusi yerlər ayrılacaq - Yenilik

Azərbaycanda internet klublarda uşaqlar üçün xüsusi guşə yaradılacaq.

Modern.az-ın parlamentdən əldə etdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olan “Uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsində qeyd edilib.

Layihədə bildirilir ki, hər bir internet klubda 2 kompyuter olmaq şərtilə, süzgəcdən keçirilmilş kompyuterlər olmalıdır. İnternet klubda internetdən istifadə etmək istəyən uşaqlar həmin kompyuterlərdə əyləşdiriləcək. Müvafiq qurumu isə buna nəzrət edəcək və mütəmadi monitorinqlər həyata keçirəcək. Monitorinq zamanı intetnet klubda uşağın digər kompyuterdə əyləşdiyi aşkarlanarsa, onda klub rəhbərliyinin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulub.

Yeni qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirə ediləcək.

AzNews.az