Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb. Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

Güclü külək rayonlarda fəsadlara səbəb oldu

Bu gün güclü külək Azərbaycanın rayonlarında ciddi fəsadlara yol açıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, güclü külək Ucar rayonunda elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub.

Bu səbəbdən günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

Güclü külək həmçinin Ağdam və Bərdə rayonlarında ciddi fəsadlara səbəb olub.

Elektrik naqillərinin qırılması səbəbindən Ağdamın bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndinə bəzi evlərin dam örtüyünü uçurub. Külək Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyev yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb.