Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qurulan bayram çadırlarında satışa çıxarılan müxtəlif növ məhsulların çox hissəsi artıq satılıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qurulan bayram çadırlarında satışa çıxarılan müxtəlif növ məhsulların çox hissəsi artıq satılıb.

Bakıda yarmarkaların son vəziyyəti - Video

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qurulan bayram çadırlarında satışa çıxarılan müxtəlif növ məhsulların çox hissəsi artıq satılıb.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Xidmət və Ticarət Departamenti tərəfindən Novruz bayramı ilə əlaqədar metronun 28 may stansiyasının qarşısında qurulan yarmarkada hər növ məhsul tapmaq mümkündür. Satıcıların sözlərinə görə, məhsulların qalan hissəsi tez satılsın deyə alıcılara daha ucuz qiymətə təklif edirlər.

Satıcılar bildirir ki, gətirdikləri məhsulların çox hissəsi artıq satılıb.

Alıcılar arasında yerli vətəndaşlarla yanaşı İrandan gələn turistlər də çoxluq təşkil edir.

Qeyd edək ki, bayram çadırları metronun "Elmlər Akademiyası", "İnşaatçılar", "Nəriman Nərimanov" və "Neftçilər" stansiyalarının qarşısında da qurulub. Bayram yarmarkaları martın 25-ə kimi fəaliyyət göstərəcək.

Yarmarkada son vəziyyətlə bağlı sujeti təqdim edirik. Görüntülər metrostansiyaların qarşısında fəaliyyət göstərən bayram yarmarkalarındandır.