- Köhnə - Cəmiyyət
- 22 Mart 2018 10:47
- 8 148
Onların maaşları artırıldı
Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) və olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları artırılıb.
AzNews.az Report-a istinadən xəbər verir ki , bununla bağlı qərarı baş nazir Artur Razi-zadə imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin “Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliklə olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manat məbləğində müəyyən olunub. İndiyə qədər bu məbləğ 540 manat idi.
Azərbaycanda dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin də (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Qərara əsasən, Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib.
Dəyişikliklə dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib:
Sıra №-si | Aylıq vəzifə maaşının məbləği (manatla) | |
1. | Ali kateqoriya dövlət orqanlarında | 195 |
2. | 1-ci kateqoriya dövlət orqanlarında | 185 |
3. | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 175 |
4. | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 145 |
Əvvəlki cədvəl isə belə idi:
Aylıq vəzifə maaşının məbləği(manatla) | |
Ali kateqoriya dövlət orqanlarında | 175 |
1-ci kateqoriya dövlət orqanlarında | 165 |
2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 155 |
4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 130 |
Qərar 2018-ci il martın 1-dən qüvvəyə minib.