- Köhnə - Cəmiyyət
- 22 Mart 2018 14:44
- 3 082
Sürücülərin nəzərinə: bu yolda xətlənmə işləri aparılacaq
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət avtomobil yolunun 82-110-cu km-lik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq.
AzNews.az APA-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb.
“Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur”, - deyə A.Nəcəfli vurğulayıb.