Hər insanın bir taleyi var. İstəsən də, istəməsən də, bu taledən qaça bilməzsən. Mənim də alnıma ermənilərlə savaş yazılıb. Hər insanın bir taleyi var. İstəsən də, istəməsən də, bu taledən qaça bilməzsən. Mənim də alnıma ermənilərlə savaş yazılıb.

“Aslan, ermənilərin yanında az dur, erməniləşirsən!” – İş adamının köşəsi

Hər insanın bir taleyi var. İstəsən də, istəməsən də, bu taledən qaça bilməzsən. Mənim də alnıma ermənilərlə savaş yazılıb.

Doğulub boya-başa çatdığım Qərbi Azərbaycanda uşaqlıq dövrümdən indiyə qədər harda olmuşamsa, mütləq bir erməni qarşıma çıxıb və kal armud olub boğazıma yapışıb. Qismətə bax ki, ermənilərdən təmizləndiyini düşündüyüm Bakıda iş həyatına atılanda belə, yenə qarşıma bu mənfur millətin nümayəndələri çıxıblar. Söhbət təkcə öz kimliyini gizlədərək mənimlə işgüzar əməkdaşlıqlar quran “Emre Piliç”in sahibləri Andronik və Sevan adlı ermənilərdən də getmir. Söhbət həm də bu ermənilərə nümayəndəlik edən sapı özümüzdən olan baltalardan gedir.

Təsəvvür edin, prezidentliyə namizədlərdən biri qatıldığı tele-debatlar zamanı əldə etdiyi dövlət əhəmiyyətli faktları açıqlayır. Bu faktların səhihliyini yoxlamaq Azərbaycanın hüquq mühafizə və kəşfiyyat orqanlarının işi olduğu halda, onların əvəzinə ermənilərin çörəyini yeyən “balta sapları” reaksiya verirlər. Üstəlik, faktı araşdırmadan, təhqiqat işləri aparmadan erməniyə nümayəndəlik edən Aslan İsmayılov nədənsə namizəddən çox məni hədəfə alır. Bununla da kifayətlənmir, xəyali “yumurta mafiyası” düzəldir və Azərbaycan dövlətinin adını ləkələməyə çalışan iddialar irəli sürür.

Dəfələrlə qələmə aldığım cavab yazılarında ifadə etdiyim sözləri təkrarlamağı arzulamasam da, ictimai rəyin azdırılmasının qarşısını almaq naminə bir daha xatırlatmağa məcburam: yumurta, nə üzərində mafiya qurulacaq qədər böyük nəsnə, nə də bir iş adamı olaraq mənim uğraşdığım yeganə biznes sahəsi deyil! Ən azı, bu səbəbdən də yumurta üzərində nəsə qurmağa da ehtiyacım yoxdur. Aslan İsmayılovun özünün də etiraf etdiyi kimi, mən böyük restoranları olan, meyvə-tərəvəz istehsalına ciddi kapitallar qoyub ölkəmizin qeyri-neft sektorunun inkişafında əlindən gələni əsirgəməyən iş adamıyam. Yumurtanın qiyməti mənim istehsal etdiyim məhsullarla müqayisədə xeyli kiçikdir. Aslan İsmayılov kimi halal qazancdan anlamayanlardan fərqli olaraq, iş dünyasından az-çox başı çıxanlar bilir ki, heç bir iş adamı daha gəlirli sahələrdən halal qazancı qoyub, yumurta fırıldağı ilə uğraşmaz.

Sual edə bilərsiniz: elədirsə, bəs, Aslan İsmayılov bütün işini-gücünü buraxıb niyə ünvanıma bu cür əsassız ittihamlar yağdıra-yağdıra məndən əl çəkmir?

Mənə elə gəlir ki, Aslan İsmayılovu narahat edən məsələ haqlı olduğum davada uduzmağıdır. Bir vəkil kimi bu məğlubiyyəti həzm edə bilməyən Aslan İsmayılov hüquqi müstəvidəki zəifliyinin qisasını ünvanıma şər-böhtan atmaqla almaq istəyir. Ona görə də yeri gəldi-gəlmədi üstümə hücuma keçir. Adama deyərlər ki, ey adını hüquqşünas qoyan qəhrəman, sən niyə öz adına layiq hüquq müstəvisində Mürvət Həsənliylə üz-üzə gəlmək istəmir, onu şantaj, şər-şəmata yoluna çəkməklə nəyə nail olmaq istəyirsən?

“1988-ci ildə, məşhur Sumqayıt hadisəsində də Aslan İsmayılov ermənilərin yanında dayanıb, Azərbaycan övladları barədə hökm çıxarırdı”

Fikrimcə, bu sualın bir izahı var: adətən zəif və cılız canlılar böyük rəqibləriylə geniş məkanda savaşmaqdan çəkinər, yalnız özlərinin sığa biləcəyi dar deşiklərdə gizlənib, rəqiblərini də ora çəkməyə çalışırlar. Necə ki, siçovullar girdikləri yuvalarına əli keçə bilməyən pişiklərə meydan oxuyurlar. Adı Aslan olan bu adam da indi öz ağlıyla taktika işlədib məni ancaq özünün bacardığı şantaj və təhqir məkanına çəkməyə çalışır. Mən isə onun səviyyəsinə düşməyəcəyəm, öz haqlı davamı yalnız hüquq müstəvisində davam etdirəcəyəm. Çünki hüquq müstəvisində yalnız haqlıların güclü olduğunu bilirəm və mən də haqlıyam.

Haqsız olduğunu bilə-bilə Aslan İsmayılovun, həftə səkkiz mən doqquz, üzərimə gəlməsi Hafiz Hacıyevin ona zaman-zaman erməni yarlığı yapışdırmasına haqq qazandırır. Yalnız ermənidə öz millətinə bu qədər sevgi, təəssüb hissi ola bilər. Üstəlik, bir insanın milli, dini mənsubiyyəti onun damarında axan qanıyla ölçülməz. Dünyanın bütün xalqlarının qanı tərkib etibarilə eyni olur. İnsanı hansı sosial, mənəvi, etnik, dini qrupa mənsubiyyətini onun tutduğu mövqe müəyyənləşdirər. Məhəmməd peyğəmbərin bu barədə gözəl bir hədisi var: “Hər kəs kiminlə bərabərdirsə, ondandır”.

Bu gün Aslan İsmayılov da ermənilərlə bir yerdədir. Özü də təkcə bu gün də yox, 1988-ci ildə, məşhur Sumqayıt hadisəsində də Aslan İsmayılov ermənilərin yanında dayanıb, Azərbaycan övladları barədə hökm çıxarırdı. Elə faktın özü peyğəmbərin təbirincə desək, Aslan İsmayılovun əsl kimliyindən xəbər verir. O, ən azı mənəviyyat baxımından erməni xislətlidir. Erməniləri müdafiə edə-edə, onların yanında dayana-dayana Aslan İsmayılovda həqiqətən də bu millətin xarakterik özəllikləri ortaya çıxıb. Bu adam da eynilə müvəkkili olduğu ermənilər kimi özü üzərində yazıqlıq, haqsızlığa məruz qalmışlıq imici yarada-yarada siyasi və maddi divident toplayır, mal-dövlət yığır. Ermənilərin yazıqlığı özlərinə böyük mənada dövlət qurmağa, Aslanın məzlumluğu isə kiçik mənada dövlət yığmağa xidmət edir.

Aslan İsmayılov nümayəndəsi olduğu erməni şirkətindən də öz haqsız davasında istifadə etməyə səy göstərir. Bir vəkil kimi müvəkkilinə “acı həqiqəti” – hüquqən haqsız olduqlarını ifadə etməkdənsə, Mürvət Həsənli tərəfindən idarə olunan mafiyanın mövcudluğuna inandırmaq istəyir. “Emre Piliç”in sahibi Ömür Oral isə bu adamın yalanlarına inanaraq Azərbaycan saytlarından birinə müsahibə verərək, istər bizim dövlətimiz, istərsə də Türkiyə haqqında iftiralar səsləndirir. Onun dediyinə görə, guya, Azərbaycan hüquq sistemi və məhkəmələri qətiyyən ədalətli qərarlar vermir, Mürvət Həsənlinin rəhbərlik etdiyi mafiyanın iradəsinə boyun əyir. Kim də bilməsə, Azərbaycan ictimaiyyətinə əyandır ki, bizim məhkəmələr əcnəbilərin, özəlliklə Türkiyə vətəndaşlarının hüquqlarına xüsusi diqqətlə yanaşırlar. Əgər Ömür Oralla mənim məhkəmə işimdə zərrə qədər əleyhimə faktlar olsaydı, hakimlər əsla gözümün yaşına baxmaz və məni cəzalandırardılar. Bütün məhkəmə instansiyalarının mənim lehimə verdiyi qərarlar isə ortadadır və bu qərarlar bir daha mənim haqlı olduğumu təsdiqləyir.
İnsanı yandıran isə bu zamanadək Azərbaycan hüquq sisteminin çörəyini yeyən bir hüquqşünasın öz şəxsi mənafeyi üçün məhkəmə sistemimiz barədə ermənilərin yanında “qara piar” aparmasıdır. Hər halda Aslan İsmayılovun nümayəndəlik etdiyi Ömür Oral da mətbuata verdiyi müsahibəsində ortaqlarının erməni olduğunu danmır və bundan fəxarətlə danışır. Jurnalistin, “Hacıyevin iddiasına görə, “Emre Piliç” şirkətinin sahibləri Andronik və Sevan adlı ermənilərdir…” sualına, görün Ömür Oral nə cavab verir:

“Bu adı daşıyan şəxslər Türkiyə Cümhuriyyətinin vətəndaşları, Türkiyə pasportu daşıyan insanlardır. Onlar Türkiyədə doğulublar və bu ölkənin vətəndaşlarıdır”.

Sözsüz ki, biz Ömür Orala kiminlə ortaq olmasını irad tuta bilmərik. Erməniylə əməkdaşlıq edib-etməməsi onun öz işidir. Amma o da razılaşmalıdır ki, bir iş adamı kimi mənim də eyni hüququm var, mən xalqımın düşməni olan millətin nümayəndələri ilə birlikdə iş görmək istəmirəm və Oralla aramızdakı anlaşılmazlıqların əsas səbəbi budur .

Bir iş adamı kimi mənim də eyni hüququm var, mən xalqımın düşməni olan millətin nümayəndələri ilə birlikdə iş görmək istəmirəm və Oralla aramızdakı anlaşılmazlıqların əsas səbəbi budur

Normal insanlar qarşı tərəfin bu seçiminə hörmətlə yanaşmağı bacarmalı olduğu halda, Ömür Oral isə məndən əl çəkmir, zorla öz bazarını əldə saxlamağa çalışır. Bu adam anlamaq istəmir ki, qəlbində ermənilərin vurduqları yaralar hələ də sağalmayan heç bir milli təəssübü olan azərbaycanlı iki erməni sahibi olan bir şirkətlə əməkdaşlığa getməz, bunu dövlətinin qida təhlükəsizliyinin tərkib hissəsi kimi görər. Mən də bir vətəndaş kimi, “Emre Piliç”in gerçək sahiblərinin kimliyini öyrənincə, bu addımı atmışam və beləcə, hər gün şirkət ortaqlarından birinin şantajına məruz qalıram.

Ömür Oralın Azərbaycan dövlətilə yanaşı, Türkiyəni də mafiya babalarının əlində əsir-yesir qalan bir dövlət kimi təqdim etməsi də acınacaqlıdır. Oral, haqqında danışdığımız müsahibəsində deyir: “O ölkədə mafiya var və onun da başında Mürvət Həsənli dayanır. Hətta Türkiyədə, öz ölkəmdə də məni və ailəmi təhdid edir”.

Bu fikirlərdən də göründüyü kimi, Ömür Oral məni qeyri-adi güc kimi təqdim edir və əlimin Türkiyəyə belə çatdığını bildirir. Bununla əslində həm də Türkiyənin “yumurta mafiyası” qarşısında zəifliyinə eyham vurur. Halbuki, erməni şirkəti ortaqlarından biri olaraq özü Azərbaycanın ərazisində istədiyi kimi hərəkət edir, yerli iş adamlarına böhtan atır, onların öz təsərrüfatını qurmalarına müxtəlif vasitələrlə mane olmağa çalışır. Bu məntiqlə onun ya özü ermənilərə könüllü işləyir, ya da Azərbaycanın qeyri-demokratik, insan hüquqlarına hörmət etməyən, plüralizmdən uzaq, iqtisadi investisiya baxımından təhlükəli dövlət olması barədə səhv təsəvvürlər yaradır. Bax, yalnız bu səbəbə görə, ən böyük mafiozun biri kimi görünən onun özü və onun kimilərə hayan duran Sarkisyandır.

Ömür Oral onu da unutmasın ki, son zamanlar Türkiyə erməniləri Dağlıq Qarabağa səfərləriylə Azərbaycan xalqının yaralanmış qəlbinin qaysağını qoparırlar. Onun ortaqlarının da Türkiyə vətəndaşları olduqları halda eyni xəyanətə imza atmadığına kimsə zəmanət verə bilməz. Ən azı ona görə ki, həmin ortaqlardan biri ermənilərin milli qəhrəmana çevirdiyi türk düşməni Andranikin adını daşıyır. Bu həmin erməninin türk düşməni bir ailənin övladı olduğunun ən bariz nümunəsi deyilmi?(Musavat.com)

Mürvət Həsənli, “Xəmsə” MMC-nin sahibi