Binəqədi rayonunda təbii qaz təchizatı dayandırılıb. Binəqədi rayonunda təbii qaz təchizatı dayandırılıb.

Binəqədidə təbii qaz niyə “yoxa çıxıb”?

Binəqədi rayonunda təbii qaz təchizatı dayandırılıb.

AzNews.az xəbər verir ki, rayonun Biləcəri şosesi ərazisində iki gündür, evlərə verilən qaz ümumiyyətlə, kəsilib. Sakinlər bununla bağlı aidiyyətli qurumlara müraciət etsələr də bu saatlara kimi təbii qazın verilməsi bərpa olunmayıb.

“Azəriqaz” istehsalat birliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumatda isə bildirilir ki, sözügedən ərazidə problem yaranıb: “Gecə saatlarında problem aradan qaldırılıb. Artıq evlərə təbii qazın verilməsi bərpa olunub”.

Bahar RÜSTƏMLİ
AzNews.az