Astarada 15 ədəd partlamamış top mərmisi tapılıb. Astarada 15 ədəd partlamamış top mərmisi tapılıb.

Partlamamış 15 top mərmisi tapılıb

Astarada 15 ədəd partlamamış top mərmisi tapılıb.

APA-nın cənub bürosunun məlumatına görə, mərmilər şəhərin Həzi Aslanov küçəsində qazma işləri aparılarkən sakinlər tərəfindən aşkar olunub. Dərhal DİN-nin "102 zəng mərkəzi"nə məlumat verilib. Əraziyə ANAMA-nın xüsusi əməliyyat qrupu cəlb olunub. Baxış keçirilən zaman həmin yerdən tapılan sursatın 10 ədəd 82 mm-lik BK-881, 2 ədəd 107 mm-lik BK 883, 1 ədəd 82 mm-lik O-883 və 2 ədəd 73 mm-lik BK markalı top mərmiləri olduğu məlum olub.

Partlamamış top mərmiləri ərazidən götürülərək zərərsizləşdirmək üçün Bakı şəhərinə aparılıb.

AzNews.az

image description