Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı azalıb. Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı azalıb.

Azərbaycanda 100 ildən çox yaşayanların sayı azalır

Azərbaycanda yaşı 100 və 100-dən yuxarı olan əhalinin sayı azalıb.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumilikdə yaşı 100 və 100-dən çox olan insanların sayı azalsa da, uzunömürlü kişilərin sayı çoxalıb.

Belə ki, 2013-cü ildə yaşı 100-dən çox əhalinin sayı 838 nəfər olub ki, onun da 814-ü qadın, 24-ü kişi olub. 2014-cü ildə yaşı 100-dən çox olan əhalinin sayı 669 (635 qadın, 34 kişi), 2015-ci ildə 619 (547 qadın, 72 kişi), 2016-cı ildə 626 (530 qadın, 96 kişi), 2017-ci ildə 683 (535 qadın, 148 kişi) olub.

2017-ci ildə yaşı 100-dən çox olanların 50-si Bakıda, Abşeron iqtisadi rayonunda 9, Gəncə-Qazax iqtisadi rayonunda 44, Şəki-Zaqatala iqtisadi rayonunda 15, Lənkəran iqtisadi rayonunda 17, Quba-Xaçmaz iqtisadi rayonunda 7, Aran iqtisadi rayonunda 36, Kəlbəcər-Laçın iqtisadi rayonunda 69, Dağlıq Şirvan iqtisadi rayonunda 9, Naxçıvan Muxtar Respublikasında 44 nəfər olub.