Məlum olduğu kimi, prezident İlham Əliyev aprelin 21-də hökumətin yeni tərkibini təsdiqləyib. Kabinetdə indiyə qədər nazir postu tutan bir çox şəxslər yer almayıb. Onların yerinə hələ ki, təyinat olmasa da, həmin şəxslərin çalışmayacaqları dəqiqdir. Köhnə nazirlərdən bir çoxunun başqa sahələrdə vəzifə tutacağı gözlənilsə də, bəzilərinin isə artıq hökumətdə təmsil olunmayacağı bildirilir. Məlum olduğu kimi, prezident İlham Əliyev aprelin 21-də hökumətin yeni tərkibini təsdiqləyib. Kabinetdə indiyə qədər nazir postu tutan bir çox şəxslər yer almayıb. Onların yerinə hələ ki, təyinat olmasa da, həmin şəxslərin çalışmayacaqları dəqiqdir. Köhnə nazirlərdən bir çoxunun başqa sahələrdə vəzifə tutacağı gözlənilsə də, bəzilərinin isə artıq hökumətdə təmsil olunmayacağı bildirilir.

Hüseyn Bağırov kollektivlə vidalaşdı

Məlum olduğu kimi, prezident İlham Əliyev aprelin 21-də hökumətin yeni tərkibini təsdiqləyib. Kabinetdə indiyə qədər nazir postu tutan bir çox şəxslər yer almayıb. Onların yerinə hələ ki, təyinat olmasa da, həmin şəxslərin çalışmayacaqları dəqiqdir. Köhnə nazirlərdən bir çoxunun başqa sahələrdə vəzifə tutacağı gözlənilsə də, bəzilərinin isə artıq hökumətdə təmsil olunmayacağı bildirilir.

AzNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən nazirlərdən biri də Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur. O, bir neçə saat əvvəl kollektivlə görüşərək vidalaşıb. Sabiq nazir əməkdaşlara gələcək fəaliyyətlərində uğur arzulayaraq dövlətin bütün tapşırıqlarını yüksək səviyyədə yerinə yetrməyi tövsiyə edib.

Məlumatlara görə, Bağırov səhhətindəki problemlərlə əlaqədər məhsuldar fəaliyyət göstərə bilməyəcəyini açıqlayıb.

Onu da əlavə edək ki, yeni kabinetdə təyinat həyata keçirilməyən nazirliklərlə bağlı böyük bir hökumət planı mövcuddur. Bu sahədə ciddi struktur islahatların aparılmasına başlanılıb. Məhz həmin qurumlara nazir təyinatının baş tutmaması da aparılan islahatlarla bağlıdır.

Dəqiq açıqlanmasa da, bir çox dövlət qurumlarının ləğv olunacağı, oxşar sahələri əhatə edənlərin isə birləşdiriləcəyi gözlənilir.