Son zamanlar Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları tərəfindən xeyli sayda soyuq silahların xaricdən gətirilməsi faktları qeydə alınıb. Son zamanlar Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları tərəfindən xeyli sayda soyuq silahların xaricdən gətirilməsi faktları qeydə alınıb.

Soyuq silahların qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısı alındı

Son zamanlar Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları tərəfindən xeyli sayda soyuq silahların xaricdən gətirilməsi faktları qeydə alınıb.

AzNews.az bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

"Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bəzi işbazlar yenə də xarici ölkələrdən əzici-vurucu, habelə kəsici-deşici xassəyə malik, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən mülki dövriyyəsi qadağan edilən vasitələrin - soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinə cəhd göstərirlər. Lakin həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin gömrük orqanları tərəfindən bu kimi halların qarşısı qətiyyətlə alınır",- deyə Komitədən bildirilib.

Son zamanlar Bakı Baş Gömrük İdarəsinin (BBGİ) əməkdaşları tərəfindən xeyli sayda bu kimi faktlar qeydə alınıb: "Belə ki, BBGİ Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində həyata keçirdiyi tədbirlər nəticəsində, xarici ölkələrdən soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı alınıb, müxtəlif vətəndaşlara göndərilən bağlamalardan ümumilikdə 10 ədəd "beşbarmaq", 5 ədəd dəyənək, 9 ədəd silah hissəsi, 4 ədəd elektroşoker, 48 ədəd ox aşkar edilib".

Bundan başqa, gömrük hüquqpozmalarına qarşı aparılan qətiyyətli mübarizənin nəticəsi olaraq Poçt göndərişlərinə nəzarət bölməsinin əməkdaşları tərəfindən müxtəlif bağlamalarda 18 ədəd nişangah, 50 ədəd kazino daşları, 5 ədəd patrondolduran dəzgah, 1 dəst sualtı ovda istifadə olunan pnevmatik tüfəng, 250 ədəd 5,5 mm kalibrli mərmilər, 98 ədəd siqarlar, 460 həb və 159 ampul tərkibində güclü təsiredici maddələr olan dərman preparatları, 337 həb və 40 ampul psixotrop dərman preparatları aşkarlanıb.

Ümumilikdə, 57 belə fakt qeydə alınıb. Onlardan 39 fakt üzrə toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinə, 9 fakt üzrə toplanmış materiallar DGK-nin İstintaq İdarəsinə göndərilib, 9 fakt üzrə isə hazırda araşdırma aparılır.