"Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda tədbir keçirilib. "Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda tədbir keçirilib.

“İtkin düşənlərin yaxın qohumlarının DNT nümunələri...” - Eldar Səmədov

"Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Gənclər Təşkilatı Milli Şurası təşkilatçılığı ilə baş tutub.

Tədbirdə iştirak edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib ki, hazırda 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır: "Dövlət Komissiyasının Beynəlxalq Qızıl Xaç Komitəsi ilə səmərəli əməkdaşlığına, eyni zamanda 2008-ci ildə imzalanmış ”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişinə uyğun olaraq, itkin düşmüş şəxslərin hamısının yaxın qohumlarından DNT nümunələri toplanaraq Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında saxlanılır".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun əməkdaşı Qasım Hacıyev isə Qafqaz regionunda heç vaxt erməni dövlətinin olmadığını qeyd edib: "Ermənistan dövləti süni şəkildə yaradılıb. Ermənistan terrorizm yuvasıdır".

AzNews.az