Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilib.

Azərbaycanlı alimlər Avropada elmi tədqiqat apara biləcəklər?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün müsabiqə elan edilib.

AzNews.az AMEA-na istinadən xəbər verir ki, müsabiqədə elmlər doktoru dissertasiyası üzərində çalışan alimlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən alimlər namizədin irəli sürülməsi haqqında AMEA-nın elmi müəssisəsinin direktorunun təqdimat məktubunu, AMEA-nın elmi müəssisəsinin elmi şurasının qərarını (elmlər doktoru dissertasiyasının hazırlıq dərəcəsi göstərilməklə), Avropanın elmi müəssisəsi və ya universitetindən razılıq məktubunu (tədqiqat üçün tələb edilən müddət və həmin müddət üçün maliyyə – yaşayış, sığorta və laboratoriya xərcləri qeyd edilməklə), namizədin ali təhsil, elmi dərəcə və elmi adları haqqında diplomlarının surətini, tərcümeyi-halını (CV), elmi əsərlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidilər.

Sənədlər AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim edilməlidir. Müraciət üçün son tarix 27 apreldir.