Goranboyda yaşayış evinə ilanlar daraşıb. Goranboyda yaşayış evinə ilanlar daraşıb.

“Hamamda öldürüb çıxartdım” - Evlərində qorxu içində yaşayan Goranboylular

Goranboyda yaşayış evinə ilanlar daraşıb.

ARB TV xəbər verir ki, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov səhər saatlarında öz həyətində uzunluğu 1 metr 40 sm olan ilanı hamam otağına girən zaman öldürüb.

Ev sahibi bildirib ki, aprel ayı girəndən həyətdə 10-dan artıq ilanı görüb ki, onun da 6-sını məhv edə bilib. Kənd sakini evlə yanaşı tövlədə də zəhərli canlının dərisinin qurumuş qabığını tapıb. İlanların yay fəslində deyil, yazda görünməsi ev sahiblərini ciddi narahat edir.

Murad Muxtarov (sakin): “İşdən gələndə ilanı gördüm. Hamama girmişdi, öldürüb çıxartdım”.

Onlar yaşadıqları həyətin müəyyən hissələrində dərmanlama işləri aparsalar da, sürünənlərin günbəgün daha böyükləri üzə çıxır.

AzNews.az