"Bizim bəzi gənclərin arasında belə bir fikir yaranıb ki, elm nəyə lazımdı, neftdən əldə olunan gəlirlə yaşayırıq. Xeyr, bu, belə deyil". "Bizim bəzi gənclərin arasında belə bir fikir yaranıb ki, elm nəyə lazımdı, neftdən əldə olunan gəlirlə yaşayırıq. Xeyr, bu, belə deyil".

“Elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır” - Akif Əlizadə

"Bizim bəzi gənclərin arasında belə bir fikir yaranıb ki, elm nəyə lazımdı, neftdən əldə olunan gəlirlə yaşayırıq. Xeyr, bu, belə deyil".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

AMEA prezidenti gənclərə müraciət edərək “Marqaret Tetçer deyirdi ki, elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır", - deyə bildirib.

O qeyd edib ki, elmlə təhsil vəhdət yaratmasa, inkişaf olmayacaq: "Sovet vaxtı elmlə təhsili bir-birindən ayırdılar. Bu isə müəyyən fəsadlar yaratdı".

AMEA-da magistratura pilləsinin yaradıldığını xatırladan akademikin sözlərinə görə, üç il əvvəl magistraturaya ilk olaraq 18 nəfər qəbul olunub: "Artıq həmin 18 nəfərdən 17-si bu il doktoranturaya qəbul imtahanı verir".

AzNews.az