- Köhnə - Cəmiyyət
- 25 Aprel 2018 16:44
- 2 428
Xudatda dövlət sərhədini pozan əcnəbi saxlanılıb
Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla xarici vətəndaşın dövlət sərhədini pozmasının qarşısı alınıb.
DSX mətbuat mərkəzindən AzNews.az-a bildirilib ki, dövlət sərhədinin pozulması halı Xudat sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Qusar rayonunun Şirvanovka kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa hazırlaşan naməlum şəxs sərhəd naryadı tərəfindən aşkarlanıb və hərəkətləri nəzarətdə saxlanılıb.
Sərhəd pozucusu sərhəd zastavasının mühəndis-texniki çəpərinin məftillərinin arasında keçərək sərhədboyu zolağa daxil olduqdan sonra sərhəd naryadı tərəfindən tutulub.
Sərhəd pozucusunun Özbəkistan vətəndaşı, 1991-ci il təvəllüdlü Tukhtasinov Tolibjon Rahmanjon oğlu olması müəyyənləşib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.