- Köhnə - Cəmiyyət
- 14 May 2018 11:01
- 22 603
Ramazan ayının nə vaxt başlayacağı müəyyənləşdi
Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i mayın 17-nə təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.
Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.
Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.
AzNews.az