Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakıda növbəti reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakıda növbəti reyd keçirilib.

Nazirlik vəzifəli şəxsi cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Bakıda növbəti reyd keçirilib.

ETSN-nn mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Bakı Tikinti Materialları” ASC-nin ərazisində istehsalat tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

AzNews.az