Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Ətraf mühiti çirkləndirən şəxs cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.

Faktla bağlı təmir sexinin icarədarı Qorxmaz Hüseynov barəsində akt və protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.