Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

700 bal toplayan "Xalxın uşaqları" - Foto

Mayın 20-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb.

AzNews.az Oxu.az-a xəbər verir ki, qəbul imtahanlarının nəticələrinə əsasən 3 nəfər abituriyent 700 bal toplayıb.

IV ixtisas qrup üzrə imtahan verən abituriyentlərdən yalnız bir nəfər 700 bal toplamağa müvəffəq olub.

Həmin şəxs Fiziki, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu Rəna Əliyevadır.

I ixtisas qrupu üzrə isə 27 min 478 nəfər imtahan verib və onlardan ikisi 700 bal toplayıb.

Onlardan biri İsmayıllı rayon 6 saylı orta məktəbin məzunu Vasi Əsədovdur.

Digəri isə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əsra Bayramovadır.