Dağıstanda federal gömrük xidmətinin əməkdaşları Rusiya sərhədindən qızıl zinət əşyaları keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb. Dağıstanda federal gömrük xidmətinin əməkdaşları Rusiya sərhədindən qızıl zinət əşyaları keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.

Rusiya sərhədindən qızıl keçirən azərbaycanlı tutuldu

Dağıstanda federal gömrük xidmətinin əməkdaşları Rusiya sərhədindən qızıl zinət əşyaları keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb.

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Daqestanskaya Pravda” məlumat yayıb.

“Azərbaycandan Rusiya Federasiyasına gəlmiş Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin gömrük nəzarəti zamanı orada bəyan edilməmiş əlvan və sarı metaldan olan zinət əşyaları (sırğalar, boyunbağılar, qolbaqlar, kulonlar və s) aşkarlanıb.”, - deyə Rusiya gömrük xidmətinin məlumatında qeyd olunur.

Qanunsuz yolla sərhəddən keçirilən zinət əşyaları qiymətin müəyyən edilməsi üçün ekspert müayinəsinə göndərilib.