“Uşağın etdiyi səhv hərəkətə görə ana onun əl-qolunu bağlamaqla cəzalandırmaq istəyib”. “Uşağın etdiyi səhv hərəkətə görə ana onun əl-qolunu bağlamaqla cəzalandırmaq istəyib”.

Kəmalə Ağazadə: “Ana öz uşağını belə cəzalandırıb” - Foto

“Uşağın etdiyi səhv hərəkətə görə ana onun əl-qolunu bağlamaqla cəzalandırmaq istəyib”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə anası tərəfindən əl-qolu bağlanaraq zorakılığa məruz qalan uşaqdan danışarkən deyib. Onun sözlərinə görə, mayın 22-də sözü gedən ailədə olub:

“Problem ailə dəyəri və orada baş verən hadisələrlə balıdır. Uşağa qarşı zorakılıq olub. Mən həmin rayonun icra hakimiyyəti və qəyyumluq komissiyasının nümayəndələri ilə birlikdə uşağın ailəsində oldum. Məsələni onlarla birlikdə araşdırdıq. Sonda ümumi qərar verildi ki, uşaqla anaya reabilitasiya işi aparılmalıdır”.

Qeyd edək ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ötən gün valideynləri tərəfindən əl və ayaqları bağlanaraq zorakılığa məruz qalan uşagın fotosunu paylaşıb. Birlik sədri uşağın anası tərəfindən işgəncəyə məruz qalmasını vurğulayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az