Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə abituriyentlər, ümumiyyətlə gənclər arasında intihar halının mətbuatda işıqlandırılmasına qarşı çıxıb. Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə abituriyentlər, ümumiyyətlə gənclər arasında intihar halının mətbuatda işıqlandırılmasına qarşı çıxıb.

Siyavuş Novruzov mətbuatı günahlandırdı

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov ölkədə abituriyentlər, ümumiyyətlə gənclər arasında intihar halının mətbuatda işıqlandırılmasına qarşı çıxıb.

APA-nın məlumatına görə, Milli Məclisdə keçirilən dəyirmi masada S. Novruzov bildirib ki, son vaxtlar xüsusilə abituriyentlər arasında intihar hallarının baş verməsində mətbuat günahkardır.

“Məsələn, biri intihar edirsə, mətbuat bunu dayanmadan təbliğ edir. Bunu görən digər uğur qazanmayanlar da intihara meyllənir. Əvvəllər belə hallar gizlin saxlanırdı, indi isə sanki açıq təbliğ olunur. Düşünürəm bu barədə ciddi düşünməliyik”, - deyə o qeyd edib.

AzNews.az