Bakı şəhərindəki mənzillərin birində meyit aşkarlanıb. Bakı şəhərindəki mənzillərin birində meyit aşkarlanıb.

Bakıda mənzildə yaşlı kişi meyiti tapıldı

Bakı şəhərindəki mənzillərin birində meyit aşkarlanıb.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Abdullayev Faiq Mustafa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.