Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb. Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.

FHN Xəzərdə iki nəfərin meyitinin tapılması barədə məlumat yaydı - Yenilənib

Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

***
15:47

Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.

APA-nın məlumatına görə, FHN əməkdaşları artıq meyitləri qayıqdan götürüblər.

Lakin meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.

***
15:28

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal olunur.

AzNews.az