Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanın Müstəqillik günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş arxiv materialların sərgisi açılıb. Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanın Müstəqillik günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş arxiv materialların sərgisi açılıb.

Tbilisidə Azərbaycan və Gürcüstanın ilk respublikalarına aid sənəd və fotoların sərgisi açılıb

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanın Müstəqillik günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş arxiv materialların sərgisi açılıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyi, Gürcüstanın Milli Arxivi və Milli Parlament Kitabxanası tərəfindən təşkil olunan sərgidə Gürcüstanın Milli Arxivində saxlanılan Gürcüstanla Azərbaycan arasında imzalanmış müxtəlif sahələr üzrə saziş və müqavilələr (1919-1922-ci illər), hər iki ölkənin nümayəndə heyətlərinin Paris Sülh Konfransı ilə bağlı müraciət, bəyannamə, protokol, digər sənəd və fotoların surətləri nümayiş etdirilib.

Arxiv sənədlərlə yanaşı sərgidə Gürcüstanın Milli Parlament Kitabxanasında saxlanılan, Azərbaycan və Gürcüstanın ilk respublikalarının mövcud olduğu dövrləri əhatə edən mətbuat materialları da sərgilənib.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov deyib ki, Azərbaycan və Gürcüstanın ilk respublikalarının 100 illiyinin qeyd olunması böyük tarixi hadisədir: “100 il öncə Tbilisi böyük tarixi hadisələrə şahidlik edib və Azərbaycanla Gürcüstan öz müstəqilliklərinə qovuşublar. Bu tarix hər iki dövlətin şanlı tarixidir”.

Səfir sərginin təşkilində göstərdikləri dəstəyə görə Gürcüstanın Milli Arxivi və Milli Parlament Kitabxanasına minnətdarlıq edib.

Sonra çıxış edən Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev bildirib ki, bu sərgi iki dövlətin oxşar tarixini nümayiş etdirir: “Təklif edirəm ki, nadir sənəd və foto materialların daha geniş ictimaiyyətə tanıdılması üçün sərgi Gürcüstanın bölgələrində də təşkil olunsun".

Gürcüstan mədəniyyət və idman nazirinin müşaviri Giorgi Gegeçkori isə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini iki dövlət arasındakı münasibətlərin döyünən ürəyi adlandırıb. O, muzeydə təşkil olunan tədbirlərin iki xalq arasında münasibətlərin möhkəmləndirilməsində böyük rol oynadığını qeyd edib.

Tədbirdə səfirlik əməkdaşları, azərbaycanlı və gürcü ziyalılar, gənclər, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gürcüstanın Milli Arxivi tərəfindən sərgiyə təqdim olunmuş sənəd və fotoların surətləri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin ekspozisiyasına daxil edilib.

Sərginin keçirilməsinə Valeh Hacılar Beynəlxalq Elmi-Mədəni Araşdırmalar Vəqfi və Sədaqət İsmayılova Fondu dəstək verib.

tbiliside azerbaycan ve gurcustanin ilk respublikalarina aid sened ve fotolarin sergisi acilibtbiliside azerbaycan ve gurcustanin ilk respublikalarina aid sened ve fotolarin sergisi acilib

tbiliside azerbaycan ve gurcustanin ilk respublikalarina aid sened ve fotolarin sergisi acilib

tbiliside azerbaycan ve gurcustanin ilk respublikalarina aid sened ve fotolarin sergisi acilib

tbiliside azerbaycan ve gurcustanin ilk respublikalarina aid sened ve fotolarin sergisi acilib

tbiliside azerbaycan ve gurcustanin ilk respublikalarina aid sened ve fotolarin sergisi acilib