“Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov “Rusiyanın ən varlı varisləri” siyahısında ilk pillədədir. “Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov “Rusiyanın ən varlı varisləri” siyahısında ilk pillədədir.

“Rusiyanın ən varlı varisi” Ələkbərovun oğlu oldu - 17 milyard dollar

“Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov “Rusiyanın ən varlı varisləri” siyahısında ilk pillədədir.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, nüfuzlu “Forbes” jurnalının artıq üçüncü ildir ki, tərtib etdiyi hesabata görə Y. Ələkbərov 17 milyard dollar sərvətə malikdir.

Siyahıda ikinci yerdə milyarder Leonid Mihelsonun övladları- qızı Viktoriya və 2015-ci ildə dünyaya gəımiş oğlu (adı açıqlanmır) qərarlaşıb. “Novatek” şirkətinin varislərinin hər birinin payına 8,9 milyard dollar düşür.

Üçüncü yerdə “Evrohim” şirkətinin rəhbəri Andrey Melnitsenkonun varisləri 14,5 milyard dollarla qərarlaşıb. Qeyd olunur ki, milyarderin qızı Tara ilə ötən il anadan olmuş Adrianın payına 7,3 milyard dollar düşür.