Qazın təzyiqi zəif olan zaman sayğacdakı tənzimləyici qurğu avtomatik olaraq qazın verilişini dayandırır. Qazın təzyiqi zəif olan zaman sayğacdakı tənzimləyici qurğu avtomatik olaraq qazın verilişini dayandırır.

Sakinlərin diqqətinə - Bunu etmək olmaz

Qazın təzyiqi zəif olan zaman sayğacdakı tənzimləyici qurğu avtomatik olaraq qazın verilişini dayandırır.

Bununla da hansısa xoşagəlməz hadisənin qarşısı alınır. Lakin bəzi sayğaclarda həmin qurğu işləmədiyindən, abonentlər təznimləyici hissəyə müdaxilə edirlər. Belə ki, hansısa əşya, yaxud daş parçasını qurğuya yerləşdirməklə qazın verilişini fasiləsiz təmin edirlər.

Mütəxəssislər bildirirlər ki, belə olan halda sözügedən qurğu qazın təzyiqini tənzimləyə bimir. Bu da hansısa xoşagəlməz hadisənin yaranmasına səbəb olur.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Metbuat.az-a açıqlamasında bildirib ki, kimsə fərdi yaşayış evində qeyd edilən problemlə qarşılaşarsa, "104” və "185” çağrı mərkəzinə zəng edə bilər.

"Respublika ərazisində "Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazın verilişi və təzyiqinə nəzarət olunur. Qaz təsərrüfatında, qaz xətlərinin üzərində quraşdırılmış qaz tənzimləyici qurğular vasitəsilə gündəlik olaraq tənzimləmə işləri aparılır. Əhalinin tələbinə uyğun təbii qazın verilişi təmin olunur. Hansısa fərdi yaşayış evində problem yaşanırsa, "Azəriqaz” İstehsalat Birliyinin "104” və "185” saylı çağrı mərkəzi sutkanın 24 saatı fasiləsiz olaraq, növbəli şəkildə iş fəaliyyətinə işləyir. Müraciət daxil olduqda, operativliyi təmin etmək məqsədilə hansı rayondan müraciət daxil olubsa, həmin yerli xidmət sahəsinə elektron qaydada müraciət ünvanlanır. Əməkdaşlarımız tərəfindən yerində baxılıb tədbir görülür, məsələnin həlli ilə bağlı yaxın dispetçet xidmətinə məlumat verirlər”.

AzNews.az