Oğuzda iki uşaq anası evdən qaçıb. Oğuzda iki uşaq anası evdən qaçıb.

İki uşaq anasının evdən qaçma səbəbi: “Gəlinlik paltarında...”

Oğuzda iki uşaq anası evdən qaçıb.

AzNews.az xəbər verir ki, hadisə Oğuz rayonunda baş verib. 32 yaşlı Gülnaz Abışova mayın 23-də günorta saatlarında evdən dərziyə getmək adı ilə çıxıb və geri qayıtmayıb. 11 ildir Seymur Abışovla ailə həyatı qurub, 2 uşaqları var.

Gülnazın həyat yoldaşı hadisədən narahat olduğunu deyir: “Bilmirəm o, hansı səbəbdən evdən gedib. Ailədə heç bir problem yoxdur”.

Gülnazın anası isə son vaxtlar qızının narahat həyat keçirdiyini deyib: “Bikef idi, soruşdum nə olub? Dedi, narahatam, sizdə qalmaq istəyirəm. Razı olmadım. Dedim gəlinlik paltarında getdiyin ev var, orda qal”.

Bahar RÜSTƏMLİ
AzNews.az