Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.

Havanın temperaturu 5-7 dərəcə enəcək - Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb.

Departamentdən AzNews.az-a bildirilib ki, bayın 26-sı axşamdan 27-si axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə enəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 26-sı axşamdan 27-si axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısamüddətə xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.