Oğuzda iki uşağını atıb evdən qaçan gəlinlə bağlı xəbər var. Oğuzda iki uşağını atıb evdən qaçan gəlinlə bağlı xəbər var.

İki uşağını atıb evdən qaçan gəlindən xəbər var: “Məni axtarmayın, başqası ilə...”

Oğuzda iki uşağını atıb evdən qaçan gəlinlə bağlı xəbər var.

Rayondan AzNews.az-a verilən məlumata görə, həyat yoldaşı ilə iki uşağını atıb evdən qaçan 32 yaşlı Gülnaz Abışova ailəsi ilə əlaqə saxlayıb:

“Bu gün Gülnazın həyat yoldaşı Seymur Abışov rayon icra nümayəndəliyinə gəlib. Seymur həyat yoldaşından ayrılması ilə bağlı rayon məhkəməsinə ərizə yazdığını bildirib. Səbəbini də belə izah edib: “Gülnaz ailəsi ilə əlaqə saxlayıb. Deyib ki, məni axtarmayın, başqa adamın yanındayam”.

Qeyd edək ki, Oğuz rayonunda iki uşaq anası evdən qaçıb. 32 yaşlı Gülnaz Abışova mayın 23-də günorta saatlarında evdən dərziyə getmək adı ilə çıxıb və geri qayıtmayıb. O, 11 ildir ki, Seymur Abışovla ailə həyatı qurub və bu evlilikdən 2 uşaqları var.

Bahar RÜSTƏMLİ
AzNews.az