Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı çox böyük bir humanist addımdır. Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı çox böyük bir humanist addımdır.

Əfv sərəncamı: hər bir azərbaycanlıya diqqət və qayğının təzahürü

Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı çox böyük bir humanist addımdır.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, bu əfv sərəncamı çoxlu sayda insanı əhatə edir və ölkə həyatında çox mühüm hadisədir, çünki indiyə qədər bu sayda insan bir sərəncamla əfv edilməmişdi:

“Bu addımın əsas mənası ondan ibarətdir ki, ölkə Prezidenti Azərbaycanda vətəndaş həmrəyliyini, humanizmi, insana diqqət və qayğını diqqətdə saxlayır. Bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, onlar bağışlanır”.

Deputat qeyd edib ki, ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının təzahürüdür: “Eyni zamanda, bu sərəncam hüququn aliliyinə, insanların hüquqi davranışının tənzimlənməsinin önə çəkilməsinə verilən bir qiymətdir. Düşünürəm ki, bundan sonra da Azərbaycanda cinayət əməlindən çəkindirici tədbirlər davam etdiriləcək və ölkədə ictimai-siyasi sabitlik və davamlı inkişaf möhkəmlənəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olunub.

AzNews.az