Şəkidə bir sinfin bütün şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstəriblər. Şəkidə bir sinfin bütün şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Şəkidə bir sinfin bütün məzunları yüksək nəticə göstəriblər - Video

Şəkidə bir sinfin bütün şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Şəkidə 5 nömrəli məktəbin "11a" sinfinin 20 nəfərdən ibarət bütün məzunları keçid balını üstələyib. Sinfin 6 şagirdi 650-dən, bir şagird isə 600-dən çox bal toplayıb.

Bununla yanaşı, sinfin məzunları ayrı-ayrı vaxtlarda respublika olimpiadalarında da müxtəlif əyarlı medallar qazanıblar.

5-ci sinifdən bir yerdə oxuyan 20 şagirddən digərləri - Aysel Abdullayeva və Şahin Məmmədov 655, Cəlal Rəhmanov və Fərid Mustafayev 652, Səyalı Lətifova isə 628 bal toplayıb. İki nəfər 500-dən, qalanları isə 350-dən yuxarı bal yığıb.

Sinif rəhbəri Sevda Əliyeva deyir ki, bu nəticələr şagirdlər arasında qarşılıqlı köməklə yanaşı, rəqabət nəticəsində əldə olunub.

Sinifdə ən aşağı nəticə isə 350-dir. Ümumilikdə isə bu il rayon üzrə 61 şagird 600-dən, 154 şagird isə 500-dən yuxarı nəticə göstərib.