Əsl böyük tarix qiymətli inci kimidir–zaman üstündən aparmır, əksinə üstünə gətirir. Yüz ilin düz yetmişi Azərbyacan Xalq Cümhuriyyəti və onun fədakar liderləri üçün sükut və inkarçılıq illəri oldu, düz yetmiş il biz bu insanları yad etmək əvəzinə şaumyanlara, fioletovlara, əzizbəyov kimilərinə mədhiyyələr qoşduq, heykəllər ucaltdıq... Əsl böyük tarix qiymətli inci kimidir–zaman üstündən aparmır, əksinə üstünə gətirir. Yüz ilin düz yetmişi Azərbyacan Xalq Cümhuriyyəti və onun fədakar liderləri üçün sükut və inkarçılıq illəri oldu, düz yetmiş il biz bu insanları yad etmək əvəzinə şaumyanlara, fioletovlara, əzizbəyov kimilərinə mədhiyyələr qoşduq, heykəllər ucaltdıq...

Onlar niyə bu xalqa aid olduqlarından peşimanlıq duymadılar?

Əsl böyük tarix qiymətli inci kimidir–zaman üstündən aparmır, əksinə üstünə gətirir. Yüz ilin düz yetmişi Azərbyacan Xalq Cümhuriyyəti və onun fədakar liderləri üçün sükut və inkarçılıq illəri oldu, düz yetmiş il biz bu insanları yad etmək əvəzinə şaumyanlara, fioletovlara, əzizbəyov kimilərinə mədhiyyələr qoşduq, heykəllər ucaltdıq...

Amma işıqlı-nurlu, aydın gün axır ki, yetişdi və hər şey yerbəyer oldu. Budur, o şanlı tarixdən düz yüz il keçir. Mən hər dəfə o dövrün böyük insanlarını yada salanda qeyri-ixtiyari ağlıma ikicə söz gəlir: fədakarlıq və bir də ki, təmənnasızlıq...

Bəli, o, insanlar əsl fədakar idilər. Nə 1918-20-ci illərin çətinlikləri, nə sonrakı təqiblər və qəsdlər, nə də ki, ağır mühacir həyatının məşəqqətləri onları sındıra bilmədi.

Onlar həqiqətən təmənnasız idilər. Bir dəfə belə olsun, tutduqları yola görə, bu xalqa xidmət etdiklərinə peşimanlıq duymadırlar, “Tarix təkrar olsaydı yenə də bu yolu tutardıq!” dedilər...

Bəlkə də elə bu yerdəcə artıq neçə gündür ki, ölkənin gündəmini zəbt edən bir məsələyə toxunmaq yerinə düşərdi – bəli, söhbət R.İbrahimbəyovun hamını qəzəbləndirən “film”indən gedir. Bilirsiniz, burada nə demək istəyərdik? R.İbrahimbəyovun “film”, hətta Ə.Əylisli cənablarının axmaq “roman”ı aysberqin görünən hissəsidir. Bu ölkənin insanlarının bir çoxu öz uğursuzluqlarını, öz təmin olunmamış və yaxud da həyata keçməmiş ambisiyalarını azərbaycanlılar kimi “kiçik və geridə qalmış” bir xalqa aid olamaqları ilə “izah” edirlər. Guya ki, bunlar başqa xalqa məxsus olsaydılar özlərini daha yaxşı reallaşdıra bilərdilər...

Hələ də bu ölkədə çoxları “Mən niyə beləyəm?” demir, “Biz niyə beləyik? soruşur. Guya, bu adamların bütün naqislikləri azərbaycanlılar adalanan bir xalqa mənsub olmaqlarının nəticəsidir və heç kim demir ki, qardaşlar, gəlin hamımız özümüzdən başlayaq, gəlin hamımız xalqın adından yox, öz adımızdan danışaq, çünki mən, sən və o, doğru – dürüst olarıqsa, o halda xalqın da adı yaxşıların sırasında çəkilər...

Amma əlbət ki, R.İbrahimbəyov bir az başqa məsələdir. Əlbət ki, onu özünü reallaşdıra bilməmiş, uğursuz bir adam adlandırmaq olmaz. Hətta etiraf edirəm ki, bu adamla da vaxtında fəxr edirdik, çünki bu iki qardaş – Maqsud və Rüstəm İbrahimbəyovlar sovetlərin vaxtında SSRİ - də az-çox tanınan azərbaycanlı yazarlar idi. Xüsusən də Rüstəm artıq o vaxtlar güclü ssenarist kimi özünü təsdiq etmişdi.

Düzdür, sonralar böyük proseslər baş verdi bu xalqın həyatında, 20 Yanvar oldu, milli müstəqillik uğrunda mücadilə oldu, qanlı-qadalı, acılı Qarabağ savaşı oldu, fəqət, R.İbrahimbəyov hansısa bir formada diqqətə gəlmədi, onun səsini-sözünü eşitmədik o illərdə...

Daha sonra isə... Bəli, daha sonra, bir neçə il bundan əvvəl Rüstəm müəllim axmaq siyasi iddiaya düşdü. Hələ o vaxt yazmışdıq ki, kaş, bu adam belə bir axmaq sevdaya düşməyəydi, çünki siyasətlə məşğul olmaq istəyən onsuz da çoxdur, R.İbrahimbəyov isə yaxşı olardı ki, ən müxtəlif vaxtlarda müsahibələrində səsləndirdiyi teatr və kino layihələrini həyata keçirməyə, reallaşdırmağa çalışsın.

Amma yox, o, çox axmaq fikrə düşdü və axırı da... Bəli, axırı da bu sərsəm “film”lər oldu. Bizim xalqın belə bir məsəli vardır ki, axunddan inciyib məscidi daşlamazlar! Millət və dövlət də məscid kimidir, onu heç bir halda daşlamaq olmaz, hətta Allaha da xoş gəlməz bu...

Bilirsizinizmi, indi azərbaycanlı olmaq çox çətindir. Hətta deyərdim ki, tək azərbaycanlı olmaq yox, həm də gürcü olmaq, ukraynalı olmaq da olduqca çox çətindir: torpağının bir hissəsində başqasının ağalıq etdiyini görə - görə yaşamaq məşəqqətdir və işgəncədir. Amma əsl el oğlu, millət oğlu odur ki, sınmır və təslim olmur, dizinə güc verib dikələmək istəyir.

Biz də bu son illərdə o qədər bəlağətli sözlər demişik ki, adam nəsə deməyə belə ehtiyatlanır ki, birdən boğazdanyuxarı səslənər... Di gəl, prezident C.Kennedinin bir sözü var ki, o, mənim olduqca xoşuma gəlir: deyir ki, soruşma Amerika sənin üçün nə edib, söylə görək, sən Amerika üçün nə etmisən?

R.İbrahimbəyov da həyatının elə bir məqamında idi ki, özü – özündən də, eləcə də başqaları da ondan “Rüstəm müəllim, Azərbyacan üçün nə etmisən?” soruşmaqda haqlı olardı. Fəqət, Rüstəm İbrahimbəyov ahıl və milləti üçün nəsə etmək iqtidarında olduğu bir vaxtda görün nələr etdi...

Hüseynbala Səlimov
AzNews.az