Dövlətimizin humanist addımları nəticəsində indiyədək minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşublar. Dövlətimizin humanist addımları nəticəsində indiyədək minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşublar.

Naxçıvanda 5 məhkum əfv olundu

Dövlətimizin humanist addımları nəticəsində indiyədək minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşublar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bir qrup məhkumun ailə üzvləri və yaxınlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə müraciətlərinə əsasən, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 5 nəfər məhkum cəzadan vaxtından əvvəl azad olunub, 4 nəfər məhkumun isə cəzası daha yüngül cəza növü ilə əvəz edilib.

Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri Ali Məclisin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.

AzNews.az