1514-cü ilin avqustunda, Çaldıran adlı bir ovalıqda iki türk hökmdarı – Şah İsmayıl və Sultan Səlim üz-üzə gəldi. Üz-üzə gələn, bir-birinə qılınc çəkən sadəcə hökmdarlar deyildi, tarixin ən qanlı savaşlarından birinin tərəfləri o dövrdə Anadoluda və Azərbaycanda məskunlaşmış az qala bütün türk tayfaları idi. Dünyanın ən nəhəng iki imperiyasının başında duran babalarımız Çaldıranda savaşa girməklə təkcə qardaşlıq və birlik bağlarını bıçaq altında qoymamışdılar, tarixi yürüşdə Anadolu və Azərbaycan coğrafiyasındakı türklərin hədəflərini, yollarını da ayırmışdılar. 1514-cü ilin avqustunda, Çaldıran adlı bir ovalıqda iki türk hökmdarı – Şah İsmayıl və Sultan Səlim üz-üzə gəldi. Üz-üzə gələn, bir-birinə qılınc çəkən sadəcə hökmdarlar deyildi, tarixin ən qanlı savaşlarından birinin tərəfləri o dövrdə Anadoluda və Azərbaycanda məskunlaşmış az qala bütün türk tayfaları idi. Dünyanın ən nəhəng iki imperiyasının başında duran babalarımız Çaldıranda savaşa girməklə təkcə qardaşlıq və birlik bağlarını bıçaq altında qoymamışdılar, tarixi yürüşdə Anadolu və Azərbaycan coğrafiyasındakı türklərin hədəflərini, yollarını da ayırmışdılar.

Tarixi TANAP-la yenidən yazanlar - Köşə

1514-cü ilin avqustunda, Çaldıran adlı bir ovalıqda iki türk hökmdarı – Şah İsmayıl və Sultan Səlim üz-üzə gəldi. Üz-üzə gələn, bir-birinə qılınc çəkən sadəcə hökmdarlar deyildi, tarixin ən qanlı savaşlarından birinin tərəfləri o dövrdə Anadoluda və Azərbaycanda məskunlaşmış az qala bütün türk tayfaları idi. Dünyanın ən nəhəng iki imperiyasının başında duran babalarımız Çaldıranda savaşa girməklə təkcə qardaşlıq və birlik bağlarını bıçaq altında qoymamışdılar, tarixi yürüşdə Anadolu və Azərbaycan coğrafiyasındakı türklərin hədəflərini, yollarını da ayırmışdılar.

Təsadüfi deyil ki, baş verməsindən 500 ildən çox vaxt keçməsinə rəğmən, hələ də təftiş edilən və hər zaman milli-mənəvi bütünləşmə amalımıza qarşı fakt kimi qarşımıza qoyulan bu faciəvi olaydan bəhrələnmək istəyənlərin niyyətini tamamilə alt-üst edəcək bir dəlil meydana çıxara bilməmişdik qərinələr boyu. 19-cu yüzilin sonları, 20-ci əsrin əvvəllərində Çaldıran yaralarını sağaltmaq üçün ideoloji və siyasi müstəvidə müəyyən cəhdlər edilmişdi: Osmanlı ordusu Azərbaycan Xalq Cümhuriyyəti dönəmində harayımıza çatmışdı, Türkiyə Cümhuriyyəti 1991-ci ildə yenidən bərpa edilən müstəqilliyimizi tanıyan ilk dövlət olaraq istər pis, istərsə də yaxşı gündə yanımızda olduğunu bütün dünyaya sərgiləmişdi. Ancaq bütün bunların heç biri tarixin yenidən yazılması, o neqativ kompleksin çağdaş və gələcək nəsillərimizin düşüncə sistemindən çıxarılması, müsbət və daha böyük bir örnəklə əvəzlənməsi üçün yetərli deyildi. İşdə tarixi yenidən yazan, yaratdığı və yaradacağı tarix bilinci ilə qardaşlıq bağlarını misilsiz şəkildə yenidən inşa edən olay, 12 iyun 2018-ci ildə Türkiyənin Əskişəhər adlı elində gerçəkləşdi. TANAP-ın Azərbaycanın, Xəzər dənizinin “Şah dəniz-2” və digər yataqlarındakı təbii qazı Anadoluya və Avropaya daşınması projesi rəsmən işə düşdü. Bu layihə sadəcə bir iqtisadi, siyasi, geostrateji müstəvidə “bir millət, iki dövlət” arasındakı anlaşmanın nəticəsi deyil, onların hər birindən və hamısından daha çox tarix bilincimizi yeniləyən və fərəhləndirən düşüncə sistemidir.

İşdə bu düşüncə sisteminin qurulması və reallığa çevrilməsi üçün ilk təşəbbüsü Azərbaycan, Azərbaycan prezidenti İlham Əliyev irəli sürmüşdü. İlk dəfə 2011-ci ilin sonlarında, 3-cü Qaradəniz Enerji və İqtisadiyyat Forumunda Azərbaycanın dövlət başçısı tərəfindən səsləndirilən bu ideya bir çoxlarına xəyal kimi gəlmiş, bəzilərinin isə yuxusunu qaçırmışdı. Əlbəttə, asan olmayacaqdı; layihənin gözdən salınması, gündəmdən çıxarılması, masadan qaldırılması üçün basqılar və təzyiqlər göstəriləcəkdi. Ancaq həm Azərbaycanın, həm də Türkiyənin başında təzyiq üslubunu əsla və əsla qəbul etməyən, zamana və tarixə meydan oxuyan liderlər vardı. Budur, çeşidli addımlar atıldıqdan, münbit hüquqi, siyasi və ekonomik zəmin hazırlandıqdan sonra Azərbaycan və Türkiyənin dövlət başçıları 2015-ci ildə Qarsda bir araya gəlir və adını birlikdə qoyduqları Trans-Anadolu Təbii Qaz Boru Xətti layihəsi çərçivəsində torpağa böyük xəyalla böyük gələcək arasındakı təməl daşını dikirlər. Həmin təməlqoyma mərasimində Azərbaycan Prezidenti deyir: “Tarixi bir gündür – TANAP layihəsinə start verilir, təməl daşı qoyulur. Bu layihə enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə bu layihə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir”.



Həmin çıxışında Azərbaycan prezidenti vəd verir: “İnşallah, üç ildən sonra TANAP-ın açılışında bərabər olacağıq”. Üç il boyunca İlham Əliyev bu vədinin gerçəkləşməsi üçün Rəcəb Tayyib Ərdoğanla birlikdə əsl dövlət adamlarına xas bir qətiyyət və məsuliyyət sərgilədi. Nəhayət, o gün yetişdi və 12 iyun 2018-ci ildə Əskişəhərdə tarix TANAP-la yenidən yazıldı. Heç təsadüfi deyildi, açılış mərasimində tarixi tarixə çevirən 16 türk dövlətinin bayrağı dalğalanırdı. Layihəni “Enerjinin İpək yolu” adlandıran Türkiyə prezidenti son dərəcə məmnunluqla deyirdi: “Projenin gerçəkləşməsi hər şeydən öncə Türkiyə və Azərbaycan arasındakı qarşılıqlı güvənə arxalanan münasibətlər sayəsində mümkün oldu. Ayrıca istehsalçı, tranzit və istehlakçı ölkələrlə şirkətlər arasındakı uyum və anlayış birliyi də prosesin sürətlənməsinə təkan verdi”.

TANAP, eləcə də Azərbaycanın açar dövlət olaraq iştirak etdiyi digər enerji layihələri zaman-zaman yeni tərəfdaşların – İran, İraq, Qətər və digər enerji qaynaqlı ölkələrin iştirakı ilə genişlənəcək və istehlakçı Avropa ölkələrinin müstəqilliyini gücləndirəcək. Təsəvvür edirsinizmi? Cəmi 27 il öncə yeni bir cümhuriyyət olaraq Azərbaycan öz müstəqilliyinə dəstək axtarır, tanınması, açıq desək, sözün bütün mənalarında saya salınması üçün aramsız cəhdlər göstərirdi. Ancaq bu gün geostrategiya üzrə dünyanın bütün ekspertləri açıq-aşkar qeyd edirlər ki, Azərbaycan qos-qoca Avropa dövlətlərinin enerji asılılığını aradan qaldıran, iqtisadi və siyasi müstəqilliklərinə təkan verən bir dövlət qonumundadır. Hələ bir neçə il öncə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hoxstayn haqlı olaraq qeyd edirdi ki, TANAP Bakı-Tbilisi-Ceyhan kəməri ilə başlanan əməkdaşlıq prosesinin davamıdır. Bəli, Azərbaycan adına gerçəkləşən böyük təşəbbüslər böyük fundamentə malikdir. Bu təməllərlə milli ideallarımız arasındakı qarşılıqlı əlaqələr hər dəfə Azərbaycan adına yeni uğura çevrildikcə mərhum Heydər Əliyevi bir daha yada salır, onun siyasi uzaqgörənliyini bir daha etiraf edir, müstəqilliyimizi əbədi və dönməz edən dühasına bir daha heyran oluruq.

Taleh Şahsuvarlı
AzNews.az