Heydər Əliyev Fondu Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qarabani rayonunun bələdiyyəsinə təcilli tibbi yardım maşını hədiyyə edib. Heydər Əliyev Fondu Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qarabani rayonunun bələdiyyəsinə təcilli tibbi yardım maşını hədiyyə edib.

Heydər Əliyev Fondundan Gürcüstandakı soydaşlarımıza hədiyyə - Fotolar

Heydər Əliyev Fondu Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qarabani rayonunun bələdiyyəsinə təcilli tibbi yardım maşını hədiyyə edib.

Bütün lazımı avadanlıqlarla təchiz olunmuş müasir təcili tibbi yardım maşını rayon rəhbərliyinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən təqdim olunub.

Tədbirdə çıxış edən F. Muradov Azərbaycanın Gürcüstanla münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirib.

Qardabani rayonunun rəhbəri Ramaz Budaqaşvili təcili tibbi yardım maşınına görə minnətdarlığını bildirib. O qeyd edib ki, rayonun bu cür təcili tibbi yardım maşınına böyük ehtiyacı olub.

Qeyd edək ki, Heydər Əliyev Fondu Gürcüstana iki təcili tibbi yardın maşını hədiyyə edib. Onlardan biri ötən gün azərbaycanlıların kompakt məskunlaşdığı Bolnisi rayonunun rəhbərliyinə təqdim olunub.

AzNews.az

image description image description image description image description image description