Ağdaş rayonunda çətənə plantasiyası aşkar olunub. Ağdaş rayonunda çətənə plantasiyası aşkar olunub.

Həyətində narkotik bitkilər əkib becərən şəxs saxlanılıb

Ağdaş rayonunda çətənə plantasiyası aşkar olunub.

Bu barədə “Report”un Şirvan bürosuna DİN Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tofiq Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan istixanada aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

image description