Qarabağ müharibəsində şəhid olan Əfqanıstan könüllülərinin Xırdalan qəbiristanlığındakı məzarları dağılıb. Qarabağ müharibəsində şəhid olan Əfqanıstan könüllülərinin Xırdalan qəbiristanlığındakı məzarları dağılıb.

Əfqan şəhidlərin məzarları dağılıb - Fotolar

Qarabağ müharibəsində şəhid olan Əfqanıstan könüllülərinin Xırdalan qəbiristanlığındakı məzarları dağılıb.

APA-ın məlumatına görə, qəbirlərin dağıldığını əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən məlum olur ki, Qarabağ müharibəsində vuruşmaq üçün Azərbaycana gələn və döyüşlərdə şəhid olan bir qrup Əfqanıstan vətəndaşının Xırdalan qəbiristanlığındakı məzarları baxımsız vəziyyətdədir, məzarların bir neçəsinin başdaşı aşıb və sınıb.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, yayılan görüntülər əsasında hadisə yerinə baxış keçirilib.

Müəyyən edilib ki, həmin ərazidə baxımsız vəziyyətdə olan bir neçə məzar daşı aşıb.

Faktla bağlı aidiyyəti qurumlara müraciət edilib.

Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov APA-ya bildirib ki, məzarlar baxımsızlıqdan bərbad vəziyyətə düşüb.

Sədr əfqan şəhidlərinin məzarlarının abadlaşdırılması üçün bələdiyyə tərəfindən lazımı tədbirlər görüləcəyini deyib.

AzNews.az

image description image description image description