"Azərbaycana idxal olunan spirtli içki və tütün məmulatlarına aksiz markalarının alınması üçün rüsumun tətbiq olunması daxili istehsalın müdafiəsinə yönəlib". "Azərbaycana idxal olunan spirtli içki və tütün məmulatlarına aksiz markalarının alınması üçün rüsumun tətbiq olunması daxili istehsalın müdafiəsinə yönəlib".

"Biz yerli istehsalçıları müdafiə etməliyik" - Nazir

"Azərbaycana idxal olunan spirtli içki və tütün məmulatlarına aksiz markalarının alınması üçün rüsumun tətbiq olunması daxili istehsalın müdafiəsinə yönəlib".

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda kifayət qədər tütün məmulatı və spirtli içki istehalçısı var:

“Bu gün dövlət sahibkarlara dəstək göstərir, subsidiyalar, güzəştlər tətbiq olunur. Biz yerli istehsalçıları müdafiə etməliyik. Təklif olunan dəyişikliklər məhz buna yönəlib. Bundan başqa, həmin addım dövlət büdcəsinə daxilolmaları artıracaq”.