Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Yaşayış binasında yanğın zamanı 7 nəfər xilas, 25 nəfər təxliyə olunub - Yenilənib 1

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Yasamal rayonunda çoxrmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 m2 olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

11.58

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Ətraflı məlumat veriləcək.

***

11.43

Bakıda yaşayış binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

image description