Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsi fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsi fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

Yeni gömrük-keçid məntəqəsi inşa olunacaq

Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsi fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

AzNews.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.

Onun sözlərinə görə, mövcud gömrük-keçid məntəqəsi qalmaq şərti ilə onun yanında yeni gömrük buraxılış məntəqəsi tikiləcək: "Bu məntəqədə bir tərəfin yoxlayacağı nəqliyyat vasitələri qarşı tərəfdə yoxlanılmayacaq".

A.Abasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və işlər aparılır.