4-cü Beynəlxalq Yoqa Günü münasibətilə 17-24 iyun tarixlərində Bakıda, Atəşgahda, Sumqayıtda, Yanardağda və Qobustanda yoqa ilə bağlı bir həftə boyunca müxtəlif tədbirlər həyata keçirilib. 4-cü Beynəlxalq Yoqa Günü münasibətilə 17-24 iyun tarixlərində Bakıda, Atəşgahda, Sumqayıtda, Yanardağda və Qobustanda yoqa ilə bağlı bir həftə boyunca müxtəlif tədbirlər həyata keçirilib.

Azərbaycanda Yoqa həftəsi keçirildi

4-cü Beynəlxalq Yoqa Günü münasibətilə 17-24 iyun tarixlərində Bakıda, Atəşgahda, Sumqayıtda, Yanardağda və Qobustanda yoqa ilə bağlı bir həftə boyunca müxtəlif tədbirlər həyata keçirilib.

APA-nın xəbərinə görə, Hindistan səfirliyinin təşkil etdiyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev Mərkəzinin, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun və Azərbaycandakı müxtəlif yoqa məktəblərinin dəstəyi ilə təşkil olunmuş tədbirlərdə mindən artıq sayda yoqa sevərləri və həvəskarları iştirak edib.

Yoqa həftəsi 17 iyunda Atəşgah Od Məbədində çoxinanclı od mərasiminin keçirilməsi və açıq havada yoqa ilə başlayıb. 21 iyunda Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən əsas yoqa tədbirində Azərbaycan hökumətinin və BMT-nin Bakı ofisinin nümayəndələri iştirak edib. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbəri Qulam İsakzai gender bərabərliyini və qadınların gücləndirilməsini təbliğ etmək məqsədilə sosial media təşəbbüsü olan “ Yoga Challenge – 2018”i irəli sürüb.

Sumqayıt İcra Hakimiyyətinin dəstəyi ilə 18 iyunda Sumqayıt Dənizkənarı Bulvarında, 20 iyunda Yanardağda və 23 iyunda Qobustan Dövlət Tarixi- Bədii Qoruğunda keçirilən yoqa tədbirlərində yüzlərlə insan iştirak edib. Yoqa həftəsi Bakıdakı yoqa məktəbləri- Art of Living, Shivananda Yoqa məktəbi, Yoqa Shahi, Yoqa Academy Baku məktəbləri, Pullman otelin tərəfdaşlığı ilə həyata keçirilib. Yoqa tədbirlərinə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi (Qayğı), İSCKON və Brahma Kumaris də qoşulub.

Birləşmiş Millətlər Təşkilatı və ona üzv ölkələr 11 dekabr, 2014-cü ildə 21 iyunu Beynəlxalq Yoqa Günü elan edib. Həmin tarixdən etibarən Beynəlxalq Yoqa Günü yoqanın fiziki və əqli faydaları haqqında məlumatı artırmaq məqsədilə hər il qeyd olunur.

Hindistan səfiri Sanjay Rana yoqanın fiziki məşğələlərdən daha çox, bədən və ağıl arasında harmoniyanı inkişaf etdirmək məqsədilə fiziki və tənəffüs məşğələləri sistemi olduğunu bildirib. Yoqa ilə müntəzəm şəkildə məşğul olmaq fiziki xəstəliklərdən yayınmaq və streslə mübarizə aparmaq üçün davamiyyət yaradır.

24 iyunda, Yeni Bakı Bulvarında YARAT Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunacaq müxtəlif tədbirlərdən və mədəni proqramdan ibarət bütün gün davam edəcək yoqa proqramında giriş hər kəs üçün sərbəst olacaq.

AzNews.az