Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur.

Bu gün onlar üçün bayramdır - Fotolar

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) kollektivləri bu il də peşə bayramını birgə qeyd ediblər.

Peşə bayramı günündə Azərbaycanın dəniz nəqliyyatı işçiləri əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib.

Daha sonra dənizçilərin peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyinin direktoru Q.Qurbanov və digər qonaqların çıxışları olub.

Çıxışlardan sonra əməkdə fərqlənənlərə “Dənizçi günü” münasibətilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olunub.

Həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də 2017-ci ilin yekunlarına görə, “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı bosman”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim” və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərə diplomlar verilib.

Daha sonra dənizçilərə həsr olunan “Dənizçilər var olsun!” mahnısı ifa olunub. Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi mahnının sözlərinin müəllifi Zəminə Xınalı, bəstəkarı isə Faiq Sücəddinovdur.

Tədbirin sonunda “Dənizçi günü” peşə bayramı ilə əlaqədar Prezident İlham Əliyevə dəniz nəqliyyatı işçiləri adından müraciət qəbul olunub.

image description image description image description image description image description image description