Cəbhə bölgəsində doğulmasam da cəbhə bölgəsində böyümüşəm. Mən doğulanda Tərtərə nə vaxtsa cəbhə bölgəsi demək kimsənin ağlına gəlməzdi. Az keçmir, illər ərzində düşmənə sinə gərəcək Tərtər bu statusla yüklənir. Azğın düşmən Ağdamı, Ağdərəni işğal edib Tərtərdə dirənir. Yerli camaatın möhkəm, qorxmaz dirənişi sayəsində rayon bir qarış torpağını belə yağıya güzəştə getmir. Beləcə, o vaxtdan bəri, düz 26 ildir ki, bu qaynar cəbhədə mücadilə davam edir. Cəbhə bölgəsində doğulmasam da cəbhə bölgəsində böyümüşəm. Mən doğulanda Tərtərə nə vaxtsa cəbhə bölgəsi demək kimsənin ağlına gəlməzdi. Az keçmir, illər ərzində düşmənə sinə gərəcək Tərtər bu statusla yüklənir. Azğın düşmən Ağdamı, Ağdərəni işğal edib Tərtərdə dirənir. Yerli camaatın möhkəm, qorxmaz dirənişi sayəsində rayon bir qarış torpağını belə yağıya güzəştə getmir. Beləcə, o vaxtdan bəri, düz 26 ildir ki, bu qaynar cəbhədə mücadilə davam edir.

Ordumuz həm də ona olan inam, etimad və sayğı ilə güclüdür - Köşə

Cəbhə bölgəsində doğulmasam da cəbhə bölgəsində böyümüşəm. Mən doğulanda Tərtərə nə vaxtsa cəbhə bölgəsi demək kimsənin ağlına gəlməzdi. Az keçmir, illər ərzində düşmənə sinə gərəcək Tərtər bu statusla yüklənir. Azğın düşmən Ağdamı, Ağdərəni işğal edib Tərtərdə dirənir. Yerli camaatın möhkəm, qorxmaz dirənişi sayəsində rayon bir qarış torpağını belə yağıya güzəştə getmir. Beləcə, o vaxtdan bəri, düz 26 ildir ki, bu qaynar cəbhədə mücadilə davam edir.

Bu mücadilənin ən qaynar vaxtları isə mənim uşaqlıq çağlarıma təsadüf etdi. Nə baş verdiyini çox sonralar anlasam da gördüklərim indiki kimi yaddaşımdadır. Atəşkəs elan olunmuşdu, amma gecə-gündüz silahlar susmurdu. Camaatın əli silah tutan yarısı ön cəbhədə, əli çörək tutan yarısı isə arxa cəbhədə döyüşürdü. Mən də uşaq olduğumdan arxa cəbhənin “əsgəri” sayılırdım. Ona görə ancaq arxa cəbhədə olanlar, şahidi olduğum və anlamını illər sonra dərk edəcəyim hadisələr barədə danışmaq istəyirəm…

Güllə səsləri bizim üçün adiləşmişdi. Heç kəndimizə düşən top mərmisi də bizi qorxutmamışdı. Çünki az sonra böyüklərlə birgə mərminin düşdüyü yerdə onun qazdığı dərin xəndəyə baxmağa getmişdik. Əslində, bu cür xatirələr çoxdur. Amma bu yerdə tamamən başqa bir məsələyə diqqət çəkmək istəyirəm: əsgərlər, daha doğrusu, hərbi geyimli adamlar çox ac idilər. Cırıq çəkmələrin altında geyinməyə corabları belə yox idi. Bu səbəbdən də hər gün əlində torba kəndin içərisində dolaşan əsgərlər olurdu. Qapıları döyüb yeməyə çörək, geyməyə paltar istəyirdilər. Artıq bizim üçün belə hallar adiləşmişdi. Analar təndirə çörək yapanda əsgərin payını da nəzərə alırdılar.

Təbii ki, böyüklərdən fərqli olaraq, biz uşaqlar bu adamlarla əylənirdik. Özümüz guya yaxşı gündə idik: dizimiz çırıq, qolumuz yamaq, ayağımız yalın. Müharibənin, arxa cəbhənin nə demək olduğunu anlamaq üçün bir az da böyüməliydik və böyüdük də...

İndi o illəri - 90-nın əvvəllərini daha yaxşı anlayırıq. Bilirik ki, uzun illər sovet imperiyasının əsarətində qalan Azərbaycanın bütün sahələri, eləcə də ordu sistemi imperiya parçalandıqdan sonra tamamilə sıradan çıxmışdı. Sonradan xalqın xilaskarı Heydər Əliyevin ordunun yenidən qurulması uğrundakı çabalarını da gördük. Ardıcıl islahatlar sayəsində ordumuz sıfırdan quruldu. Təbii ki, bunlar Heydər Əliyevin kompleks strategiyası əsasında mümkün oldu. “Əsrin müqaviləsi” imzalandı, ölkəmizin zəngin neft yataqları külli miqdarda gəlir gətirməyə başladı. Bunun sayəsində Silahlı Qüvvələrimiz gündən-günə təkmilləşdi, yeni və yaxşı şəraitli hərbi hissələr tikildi, müxtəlif ölkələrdən ordumuza ən müasir texnika, silah-sursatlar alındı. Bununla kifayətlənmədik, özümüzün müdafiə sənayemizi qurduq. Artıq Azərbaycan özü hərbi texnikalar, silah və sursatlar istehsal edir. Təbii ki, bunlar da Heydər Əliyevdən sonra sükan arxasına keçən liderin, İlham Əliyevin bu sahəyə olan xüsusi diqqəti ilə reallaşdı.

Nəhayət, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu statusuna sahibdir. Azərbaycan bu şərəfli statusunu dünən Azərbaycan Ordusunun yaranmasının 100 illik yubleyi ilə bağlı Bakıda, "Azadlıq” meydanında keçirilən möhtəşəm paradla bir daha sübut etdi. Paradı qəbul edən Ali Baş Komandan, Prezident İlham Əliyev nitqində Silahlı Qüvvələrimizin gücündən danışaraq dedi ki, Azərbaycan Ordusu hər an işğalda olan torpaqlarımızı azad etməyə hazır və qadirdir. Son illər əsgərlərimizin Lələtəpədə və Naxçıvanda əldə etdiyi nailiyyətlərdən söz açan Ali Baş Komandan, işğalçı Ermənistanın Silahlı Qüvvələrimizin gücündən qorxduğunu diqqətə çatdırdı.

Həqiqətən, belə də oldu. Düşmən tərəf dünənki paraddan ciddi narahatlıq keçirdi. Xüsusən də, Azərbaycanın malik olduğu müasir artilleriya qurğuları yağıların gözünü dağladı. Bəzi erməni analitiklər hətta bu cür silahları Azərbaycana satdığına görə İsraili ittiham etdilər. Bir sözlə, düşmən tərəf silah sənayesinin güclü inkişaf etdiyi İsrailin Azərbaycanla tarixi dostluq əlaqələrinin mövcudluğuna belə, hər zaman qısqanclıqla yanaşır.

Düşünürəm ki, erməni qorxusunun ciddi bir əsası var. Çünki bu toplum bu günədək hiylədən başqa, güclə, əsl savaşla heç nə əldə etməyib. Yaxşı anlayırlar ki, Azərbaycan artıq çox güclüdür. Bununla belə, hiylərlərindən əl çəkmirlər. Amma Ali Baş Komandanın dediyi kimi, “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı “Azadlıq” meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək”…

Yenidən qayıdaq söhbətin əvvəlinə. Bəli, əsgəri ac və miskin görən yeni nəsil hərbi xidmətə getmək istəməz, hətta avtobusda, metroda belə, ona yer verməz. Ancaq şükürlər olsun ki, Azərbaycan cəmiyyətində bu gün həmin stereotiplər tamamən sıradan çıxıb. Çünki cəmiyyət əsgərin aclığını, çarəsizliyini nəinki görmür, heç hiss etmir də. Deməli, Ordumuz həm də ona olan inam, etimad və sayğı ilə güclüdür.

Yaşasın Azərbaycan və onun Şanlı Ordusu!

Elgün Mənsimov
AzNews.az

image description