Futbolçunun məşhur oteldəki sərgüzəştləri AzNews.az-da Futbolçunun məşhur oteldəki sərgüzəştləri AzNews.az-da

Ronaldo Bakıda hansı tanınmış şəxsin qızı ilə tanış oldu? - Foto

Futbolçunun məşhur oteldəki sərgüzəştləri AzNews.az-da


Məlum olduğu kimi, 2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi Portuqaliya yığması ilə qarşılaşacaq. Artıq dünya şöhrətli futbol ulduzu Kriştian Ronaldonun da yer aldığı Portuqaliya milli komandası Bakıdadır.
Bildirək ki, Ronaldo cəzalı olduğu üçün millimizlə oyuna çıxa bilməsə də, komandasına dəstək olmaq məqsədilə Azərbaycan paytaxtına gəlib. Görünən odur ki, oyuna çıxmasa da Kriştian Ronaldo Bakıda darıxmayacaq. Hər halda AzNews.az-ın əldə etdiyi bir informasiya belə düşünmək üçün əsas yaradır.

Belə ki, dünən (24 mart) axşam saatlarında paytaxtın məşhur "HYATT REGENSY" otelinin trenajor zalında məşq edən zaman Ronaldo zala gələn gözəl bir xanımla tanış olub. Futbolçu həmin gözəl xanıma öz nömrəsini verib, xanımın nömrəsini isə əlində olan salfet parçasına qeyd edib. Aralarında yaranmış səmimiyyətdən sonra isə "Real"ın hücumçusu həmin xanımı idmandan sonra yeməyə dəvət edib. Onların münasibətlərinin "istiləşməsi" idman zalında olanların diqqətini çəkib. Bəzi məqamları əməkdaşımız kameranın yaddaşına almağa da imkan tapıb və sonradan trenajor zalının daimi müştərilərindən həmin xanımın adını soyadını öyrənib.

Onu da öyrənib ki, Ronaldoyla tanış olan azərbaycanlı xanım respublikada kifayət qədər məşhur olan, yüksək çinli bir məmurun qızıdır.

Ancaq redaksiya olaraq, bunu tam dəqiqləşdirə bilmədiyimiz üçün həmin qızın adını və Ronaldo ilə olan fotolarını təqdim etmirik.

Mahir Hüseynbəyli
AzNews.az

image description