"Misirdə yaşayan Azərbaycanlılar olaraq biz daim dövlətimizin yanındayıq və Vətənimizə qarşı yönələn bütün təxribatları pisləyirik" "Misirdə yaşayan Azərbaycanlılar olaraq biz daim dövlətimizin yanındayıq və Vətənimizə qarşı yönələn bütün təxribatları pisləyirik"

Gəncədə baş verən bu hadisə vətənimizə qarşı yönələn bir təxribatdır - Misir diasporunun sədri

"Misirdə yaşayan Azərbaycanlılar olaraq biz daim dövlətimizin yanındayıq və Vətənimizə qarşı yönələn bütün təxribatları pisləyirik"

Bu sözləri AzNews.az-a açıqlamasında Misirdəki Azərbaycan Diasporunun sədri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov dedi. O, iyulun 10-da Gəncədə baş verən hadisənin ölkəmizə, vətənimizə qarşı yönələn bir təxribat olduğunu bildirdi və insanların bu təxribata uymamağını tövsiyyə etdi:

"Biz bir azərbaycanlı olaraq xalqımıza qarşı, hüquq mühafizə orqanlarımızın əməkdaşlarına qarşı törədilən bu qanlı hadisəni pisləyirik. Ümumiyyətlə, ölkəmizə qarşı hər hansı bir təxribat olarsa, prezidentimizin ətrafında sıx birləşərək mübarizə aparmağa hazırıq. Mən insanları fitnələrə uymamağa çağırıram. İstər daxildə, istərsə də xaricdə hər hansı bir provokasiyalara getmək olmaz".

Qeyd edək ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur.

Elgün
AzNews.az